RU

Aİ Trampın yeni planının Ukraynada hələ də “narahatlığa səbəb olacağına” inanır

ABŞ Prezidenti Donald Trampın Ukrayna ilə bağlı  yenilənmiş planı hələ də Kiyevdə “narahatlığa” səbəb ola bilər, çünki o, Vaşinqtonun ilkin 28 bəndlik təşəbbüsünün elementlərini ehtiva edir.

"Operativ Məlumat Mərkəzi-OMM" bu barədə CNN Avropa mənbələrinə istinadən xəbər verir.

“Avropa diplomatların sözlərinə görə, yenilənmiş 20 bəndlik layihədə 28 bəndlik layihənin elementləri var ki, onlar hələ də ukraynalıları və avropalıları narahat edə bilər”, - deyə məlumatda bildirilir.

CNN mənbələrinin məlumatına görə, Rusiyanın azad etdiyi ərazilərin ABŞ tərəfindən rəsmən tanınması narahatlıq yarada bilər.

"Bu, ABŞ-nin uzun müddətdir davam edən siyasətində heyrətamiz dəyişiklik olardı", - deyə kanal bildirir.

Избранный
28
1
operativmm.az

2Источники