RU

Birləşmiş Ştatlar BMT-də Ukraynanın Çernobıl qətnaməsinin əleyhinə səs verdi

Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında keçirilən səsvermə zamanı ABŞ nümayəndələri Ukraynanın Çernobıl faciəsinin uzunmüddətli nəticələrinə dair qətnaməsinin əleyhinə səs veriblər.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə kp.ru məlumat yayıb.

Rusiya, Belarus, Çin, Şimali Koreya, Nikaraqua və Nigeriya da sənədin əleyhinə səs verib.

Qətnamə 97 ölkənin dəstəyi ilə qəbul edilib. Daha 39 ölkə səsvermədə iştirakdan imtina edib.

Təşəbbüs nüvə təhlükəsizliyi sahəsində qlobal əməkdaşlığı gücləndirmək məqsədi daşıyır.

Избранный
37
1
operativmm.az

2Источники