RU

I Liqa: "Şəfa" büdrədi, Adil Şükürov debütdə darmadağına sevindi

Azərbaycan I Liqasında 10-cu tura yekun vurulub.

Fanat.Az xəbər verir ki, son oyun günündə daha 2 matç baş tutub.

İlk dövrəni məğlubiyyətsiz və 23 xalla zirvədə başa vuran "Şəfa" ikinci dövrənin açılış oyununda "Zaqatala" ilə qarşılaşıb. Elgiz Kərəmlinin baş məşqçisi olduğu paytaxt təmsilçisi evdə xal itirib.

Çempionluğa digər iddialı "Səbail" isə doğma meydanda "Difai"ni sınağa çəkib. Adil Şükürovun rəhbərliyi altında ilk oyununa çıxan "dənizçilər" böyük hesablı qələbə qazanıblar. Nəticədə 2-ci pilləyə yüksəllən "Səbail" liderlə xal fərqini 3-ə endirib. 

Qeyd edək ki, ötən gün baş tutan görüşlərdə “Mingəçevir” “Cəbrayıl”ı (2:0), “Baku Sportinq” “Şahdağ Qusar”ı (2:1), MOİK isə “Şimal”ı (2:0) üstələyib. 

Azərbaycan I Liqası
10-cu tur
11 dekabr 

“Şəfa” – “Zaqatala” 1:1
Qollar: E.Cəfərov, 55 - O.Təhməzli, 74.

“Səbail” – “Difai” 3:0
Qollar:
Rəhman Hacıyev, 5. Emil Qazımov, 88; 90+4. 

Избранный
38
fanat.az

1Источники