RU

Xəzərdə köməksiz qalan şəxslər xilas edilib

Bakı.Trend:

Dekabr ayının 10-da saat 17:30-da Sahil Mühafizəsinin Bakı sahilnəzarəti şöbəsinin Zirə sahil nəzarəti bölməsinə Xəzər dənizininAzərbaycan Respublikasına mənsub ərazi sularında 3 nəfər heyət üzvüolan balıqçı qayığının geri qayıtmadığı və köməksiz vəziyyətdəqaldığı barədə məlumat daxil olub.

Trend xəbərverir ki, bu barədə DSX məlumat yayıb.

Bildirilib ki, təxirəsalınmaz tədbirlər görülərək dövlətsərhədinin mühafizəsində olan sərhəd gəmiləri müəyyən edilmişkoordinatlar üzrə dərhal hərəkətə keçmişdir.

Keçirilmiş axtarış-xilasetmə tədbirləri nəticəsində dekabrın11-də saat 01:20-də dənizdə köməksiz vəziyyətdə qalmış AzərbaycanRespublikası vətəndaşları, Neftçala rayon sakinləri – 1990-ci iltəvəllüdlü Səmədov Cəlal Məhərrəm oğlu, 1997-ci il təvəllüdlüBabayev Sənan Elçin oğlu və 1980-ci il təvəllüdlü Fətullayev KənanRafiq oğlu sərhəd gəmisinə təxliyə edilərək təhlükəsiz şəraitdəsahilə çıxarılmışdır.

Məqalədə:
Избранный
38
29
az.trend.az

10Источники