Xankəndidə terrorçuluq və digər xüsusilə ağır cinayətlər törətməkdə təqsirləndirilən erməni əsilli sakin Avanesyan Karen Albertoviçin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
Aznews.az xəbər verir ki, bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim İlkin İbişovun sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib.
Təqsirləndirilən Avanesyan Karen Albertoviçə hüquq və vəzifələri izah edilib, qanunvericiliyə uyğun olaraq tərcüməçi ilə təmin edilib.
Məhkəmə cinayət işinin baxışa verilməsi barədə qərar qəbul edib.
Məhkəmənin baxış iclası dekabrın 15-nə təyin olunub.