ain.az bildirir, Axar.az saytına əsaslanaraq.
NASA Mars orbitində fəaliyyət göstərən MAVEN orbital stansiyasından siqnal almadığını açıqlayıb.
Axar.az xəbər verir ki, bu barədə “CBS Nyus” məlumat verib.
Bildirilib ki, stansiya Marsın arxasında olarkən siqnal normal olub, lakin yenidən göründükdə siqnal yoxa çıxıb.
Qeyd edək ki, 2013-cü ildən orbitə buraxılan MAVEN Marsın atmosferdəki dəyişiklikləri və günəş küləklərini öyrənməyə kömək edirdi.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.