RU

WUF13-ün təşkili ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin növbəti iclası keçirilib

Bakı. Trend:

Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma ForumununXIII sessiyasının (WUF13) təşkili ilə əlaqədar yaradılmış TəşkilatKomitəsinin dekabrın 11-də növbəti iclası keçirilib.

Trend xəbər verir ki,Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri,Təşkilat Komitəsinin sədri Samir Nuriyev iclası açaraq, Prezidentİlham Əliyevin təsdiq etdiyi Azərbaycanın milli inkişafstrategiyasında şəhərsalma fəaliyyətinin prioritet istiqamətlərdənbiri olduğunu deyib. Ölkəmizdə bu sahədə formalaşdırılmış müasiryanaşmaların iqtisadi dayanıqlılığın möhkəmləndirilməsinə, sosialrifahın artırılmasına və iqlim dəyişikliklərinə səmərəliuyğunlaşmanın təmin olunmasına xidmət etdiyini söyləyib.

Samir Nuriyev son beş il ərzində xüsusilə Qarabağ və ŞərqiZəngəzur iqtisadi rayonlarında həyata keçirilən genişmiqyaslı bərpavə quruculuq işlərinin Azərbaycan dövlətinin şəhərsalma sahəsindəstrateji baxışını, sistemli planlaşdırma prinsiplərini rəhbərtutduğunu və yüksək icra potensialını aydın şəkildə nümayişetdirdiyini vurğulayıb. Azərbaycanın postmünaqişə dövründə tətbiqedilən sürətli bərpa və quruculuq işlərinin yeni inkişaf modeliniformalaşdırdığını deyib.

Təşkilat Komitəsinin sədri bu nailiyyətlərin Azərbaycanıntəcrübəsinə beynəlxalq səviyyədə də marağı artırdığını, ölkəmizi busahədə etibarlı tərəfdaş kimi tanıtdığını qeyd edib. O, WUF13-ün2026-cı ildə Bakı şəhərində keçirilməsinin Azərbaycanın beynəlxalqşəhərsalma proseslərinə verdiyi töhfənin, dayanıqlı inkişafistiqamətində həyata keçirdiyi siyasətin və etibarlı tərəfdaş kimiqazandığı yüksək etimadın bariz göstəricisi olduğunu söyləyib.

Samir Nuriyev WUF13-ə hazırlığın dövlətimizin başçısının birbaşadiqqət mərkəzində olduğunu vurğulayaraq, ilk iclasdan ötən müddətdəbu tədbirə hazırlıq çərçivəsində görülmüş işləri qeyd edib.

Daha sonra ümumi hazırlıq prosesinin gedişatı, substantiv,kommunikasiya, təşkilati-logistika sahələrində görülmüş işlər vəgündəlikdə duran digər məsələlər üzrə Təşkilat Komitəsininüzvlərinin məruzələri dinlənilib.

İclasın sonunda Təşkilat Komitəsinin sədri AzərbaycanRespublikası Prezidentinin bu mötəbər tədbirin yüksək səviyyədətəşkili və keçirilməsi ilə əlaqədar qarşıya qoyduğu vəzifəyə uyğunolaraq WUF13-ə hazırlıq prosesi, o cümlədən Tədbirlər Planınınicrası və digər aidiyyəti məsələlər üzrə tapşırıqlar verib.

Избранный
21
26
az.trend.az

10Источники