İranda hava çirkliliyi hər il 50 min nəfərin ölümə səbəb olur.
Azreform.info İRNA-ya istinadla xəbər verir ki, bu sözləri İranın səhiyyə naziri Məhəmməd Rza Zəfərkandi deyib.
O, hava çirkliliyinə görə xəstəxanaya müraciətlərin artdığını bildirib.
Qeyd edək ki, İranda hava çirkliliyi əsasən istehsal olunan benzinin keyfiyyətsizliyindən qaynaqlanır.
Bu keyfiyyətsiz benzin köhnə model nəqliyyat vasitələrində, motosikletlərdə və elektrik stansiyalarında yanacaq kimi istifadə edildikdə, insan həyatına mənfi təsir göstərən qazlar buraxılır.
İran hava çirkliliyi ilə mübarizə aparmaq üçün hibrid mühərriklər istehsal etmək, elektrik motosikletlərinin paylanması və Avro 5 benzininin istehsalı kimi müxtəlif tədbirlər görsə də, bu, uğurlu olmayıb.
Billurə Yunus