RU

Arxeoloq alim Polşada həps olundu

Rusiyalı arxeoloq və Ermitaj Muzeyinin nümayəndəsi Aleksandr B. Ukraynanın tələbi ilə Polşada saxlanılıb. İlkin məlumatlara görə, o, Krımda aparılan arxeoloji qazıntılara görə axtarışda olub.

Muzeyin veb saytında Aleksandr Butyagin şöbənin direktoru kimi qeyd olunub. Radiostansiya onun Avropada bir sıra mühazirələr oxuduğunu və “Hollandiyadan Balkanlara” gedərkən Varşavaya keçdiyini bildirib. Həbsdən sonra o, dindirilmək üçün aparılıb və guya izahat verməkdən imtina edib. Tədqiqatçı 40 gün müddətinə həbs edilib.
RMF FM-in məlumatına görə, rusiyalı alim Ukrayna hakimiyyətinin icazəsi olmadan Kerçdəki “Qədim Mirmekion Şəhəri”ndə qazıntı işləri aparıb.

Müstəntiqlər onun hərəkətlərinin mədəni irs obyektinə ziyan vurduğunu düşünürlər. Zərərin məbləği 200 milyon qrivna olaraq qiymətləndirilib. Ukrayna tərəfi arxeoloqun ekstradisiyası üçün Polşaya rəsmi sorğu təqdim etmək niyyətindədir.

Rusiya səfirliyi saxlanılmanı təsdiqləyib. “Rusiya vətəndaşı Aleksandr Butyaginin saxlanılması barədə bildiriş yalnız dekabrın 9-da alınıb”, – deyə Rusiyanın Polşadakı müvəqqəti işlər vəkili Andrey Ordaş RİA Novosti agentliyinə bildirib. “O, dekabrın 4-də saxlanılıb… Biz Polşa prokurorluğundan izahat və saxlanılan şəxslə görüş tələb etmişik”, – məlumatda deyilir.

//Samir Qurbanov, Editor.az

Избранный
20
editor.az

1Источники