RU

“Time” “İlin adamı”nı seçdi


Amerikanın “Time” jurnalı “süni intellekt memarları”nı, o cümlədən “xAI”nin baş direktoru İlon Maskı, “Meta”nın qurucusu Mark Zukerberqi və “OpenAI”nin baş direktoru Sem Altmanı “İlin adamı” elan edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə nəşr “X” sosial media səhifəsində məlumat yayıb.
Məşhur “Göydələndə nahar” fotoşəklindən (1932-ci ildə RCA Binasının tikintisi zamanı çəkilmiş 11 işçinin fotoşəkli) ilham alaraq hazırlanan üz qabığında Zukerberq, Mask, Altman, həmçinin “Nvidia”nın Baş Direktoru Jensen Huanq, AMD Baş Direktoru Liza Su, “DeepMind”in (“Google”a məxsusdur) Baş Direktoru Demis Xassabis, “Anthropic”in rəhbəri Dario Amodey və “ImageNet”in qurucusu Fey-Fey Li Nyu-York şəhərinin üstündəki dəmir tirdə oturdular.
Qeyd edək ki, 2024-cü ildə “Time” jurnalı ABŞ Prezidenti Donald Trampı ilin adamı seçmişdi.
Xatırladaq ki, 1927-ci ildən bəri “Time” jurnalı dekabr sayında “İlin adamı”nı seçir və jurnalın üz qabığında onun şəklini dərc edir. Adın verilməsi barədə qərarı redaksiya heyəti qəbul edir. Titulu almaq üçün son 12 ay ərzində dünyaya əhəmiyyətli dərəcədə təsir göstərməlisiniz.
Избранный
75
12
yeniavaz.com

10Источники