"Rusiya Prezidenti Vladimir Putinin Ukrayna böhranını bitirmək istəyinin nə dərəcədə real olduğunu müəyyən etmək üçün onu "yoxlamaq" lazımdır".
Publika.az xəbər verir ki, bu təkliflə NATO-nun baş katibi Mark Rutte çıxış edib.
O həmçinin Qərbi Moskvaya təzyiqi artırmağa çağırıb.
Bundan əvvəl Şimali Atlantika Alyansının baş katibi vurğulamışdı ki, Avropa ölkələri “ruslarla döyüşməyə hazır olmaq” üçün müdafiə xərclərini artırmalıdır.