Xankəndi. Trend:
Dekabrın 11-də Xankəndidə mərhum şahmatçı, Avropa çempionu VüqarHəşimovun xatirəsinə həsr olunan 11-ci Vüqar Həşimov Memorialınınbağlanışı olub.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikintivə İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən xəbərə görə,VüqarHəşimov Şahmat Fondu, Gənclər və İdman Nazirliyi, eləcə dəAzərbaycan Şahmat Federasiyasının təşkilatçılığı ilə dekabrın 9-danbaş tutan turnirdə 6 şahmatçı mübarizə aparıb.
Zəka sahiblərindən Yan Nepomnyaşi (FIDE), Amin Tabatabai (İran),Vladimir Fedoseyev (Sloveniya), Nodirbek Yakubboyev (Özbəkistan),Rauf Məmmədov və Aydın Süleymanlı qüvvələrini sınayıblar.
Nəticədə Yan Nepomnyaşi qalib olub.
Qeyd edək ki, Vüqar Həşimov memorialı ilk dəfə 2014-cü ildəkeçirilib. 2023-cü ildən isə turnir FIDE dünya çempionatının seçməmərhələsi statusunu alıb.