RU

Klub aşağı liqaya düşdü - Azarkeşlər stadionu yandırdı

Finlandiyanın “Haka” klubunun Valkeakoski şəhərindəki “Tehtaan kentta” stadionunda yanğın baş verib.

Apasport.az xəbər verir ki, hadisə nəticəsində bir tribuna və süni örtük ciddi zədələnib.

Polisin araşdırmasına görə, yanğın stadionun daxilindən törədilib və hadisə ilə bağlı üç azyaşlı müəyyən edilib. Onlardan biri yanğının başlanmasına səbəb olan əşyanı yandırdığını etiraf edib.

Yanğın, klubun Finlandiya ali liqası Veikkausliiqadan ikinci diviziona düşməsindən qısa müddət sonra baş verdiyi üçün polis bu istiqamətdə də araşdırma aparır.

Klubu rəhbərliyi dəyən zərərin xeyli böyük olduğunu bildirib.

Qeyd edək ki, 1934-cü ildə təsis olunmuş klub indiyədək 9 Finlandiya çempionluğu və 12 kubok qazanıb. Komandanın stadionu da 1934-cü ildə inşa edilib.

Abubakarın paxıllığını çəkirmiş: Milliyə çağrılmama səbəbi

Mbappe zədə səbəbindən “Alaves” səfərini buraxa bilər

“Əl İttihad” Benzema ilə bağlı qərar verib

Avropa çempionu karyerasını başa vurub

“Fiorentina” Rodriqo Bekaonu istəyir

Избранный
23
1
apasport.az

2Источники