RU

Ərdoğan xanımı ilə Türkmənistana getdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Beynəlxalq Sülh və Təhlükəsizlik Forumunda iştirak etmək üçün Türkmənistanın paytaxtı Aşqabada səfər edib.

"Unikal" xəbər verir ki, Prezident Ərdoğanı Türkmənistan Baş nazirinin müavini Məmməd Çakıyev, Türkiyənin Aşqabaddakı səfiri Əhməd Demirok və digər rəsmi şəxslər qarşılayıblar.

Prezident Ərdoğanla yanaşı, Türkmənistana səfər edənlər arasnda həyat yoldaşı Əminə Ərdoğan, xarici işlər naziri Hakan Fidan, enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar, Prezident Administrasiyasının Kommunikasiya şöbəsinin müdiri Burhanəddin Duran, Nəqliyyat Nazirliyinin rəhbəri İbrahim Kalın və başqaları da olub.

Избранный
44
2
unikal.az

10Источники