RU

İŞİD-in mühasibi olan azərbaycanlı ilə bağlı yekun qərar verilib

Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat nəticəsində həbs edilən, İŞİD terror təşkilatının üzvü kimi terrorçuluğun maliyyələşdirilməsi cinayət əməllərini törətməkdə təqsirləndirilən Mircəlal Salahov və qardaşı Mircavad Salahovun barələrində hökmdən verilən kassasiya şikayətinə baxılıb.

Aznews.az xəbər verir ki, bu gün Ali Məhkəmədə hakim İlqar Qılıcovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən, kassasiya şikayəti və ya kassasiya protesti isə təmin edilmədən saxlanılıb.

Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Mircəlal Salahov və Mircavad Salahovun hər biri 10 il 6 ay müddətinə azadlıqdan mərhum ediliblər.

Bakı Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.

Избранный
16
11
aznews.az

10Источники