RU

Ralf Şumaxer: “Lens Stroll “Formula-1”də olmamalıdır”

Keçmiş “Formula-1” pilotu və hazırda ekspert Ralf Şumaxer “Aston Martin”in kanadalı pilotu Lens Stroll haqqında danışıb.

İdman.Biz xəbər verir ki, Şumaxerin fikrincə, bu qədər bacarıqsızlıq və uğursuzluqlardan sonra Stroll “Formula-1”dən getməlidir.

“Düzünü desəm, bu artıq məqbul deyil. Doğrusu, “Formula-2” çempionu Leonardo Fornarolinin performansını nəzərə alsaq, o, (Strolldan) min dəfə daha çox kokpitdə yer tutmağa layiqdir.

Amma bundan sonra nə olacağını görmək maraqlıdır. Düzünü desək, hətta Lourens Stroll belə artıq bu problemə göz yuma bilməz. Məncə, o, artıq “Formula-1”də olmamalıdır. Bu, məhz belədir”, - “Motorsport” Ralf Şumaxerin sözlərini sitat gətirib.

Qeyd edək ki, Lourens Stroll kanadalı iş adamı, “Aston Martin” şirkətinin həmtəsisçisi və icraçı sədri, eləcə də “Formula-1” komandasının sahibidir. Lens Stroll isə onun oğludur.

Lens Stroll 2025-ci il mövsümündə pilotların reytinqində 33 xalla 16-cı yeri tutub.

İdman.Biz

Избранный
11
1
idman.biz

2Источники