RU

Bakıda Şaxta baba və Qar qız yoxa çıxdı Müəmmanın səbəbi…

GlobalInfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Yeni il bayramına sayılı günlər qalsa da, Bakının küçələrində Şaxta baba və Qar qız demək olar ki, görünmür. Məlumata görə, bugünədək icra hakimiyyətinə bununla bağlı heç bir müraciət daxil olmayıb. 

Paytaxtda bayramın simvoluna çevrilmiş bu personajlar hara yoxa çıxıb?

Globalinfo.az-a danışan sosioloq Mail Yaqub deyib ki, rüsumun tətbiqi personajların azalmasına səbəb ola bilər.

Onun sözlərinə görə, bəzən belə inzibati ödənişlər və ya texniki tələblər süni maneə kimi qəbul edilir:

“İctimai fəallığın və insanların gündəlik həyata bağlılığının artırılması üçün bütün belə mexanizmlər maksimal sadələşdirilməli, şəffaf və əlçatan olmalıdır. Digər tərəfdən, vətəndaşların əhval-ruhiyyəsinin yüksəldilməsi yalnız fərdi təşəbbüslərlə məhdudlaşmamalıdır. Bu prosesə şəhər rəhbərliyi səviyyəsində dəstək göstərilməsi çox önəmlidir. Vizual mühit, ictimai yerlərdə yaradılan atmosfer, bayram və mövsümi tədbirlər, küçələrin bəzədilməsi və sair cəmiyyətin emosional fonuna təsir edən amillərdir. İnsanlarda ümumi pozitiv əhval-ruhiyyə yarandıqda, bu, həm sosial münasibətlərdə, həm də fərdi davranışlarda özünü göstərir. Onlar daha motivasiyalı olur, ictimai proseslərə aktiv qoşulur və ümumi ruh yüksəkliyi formalaşır. Təəssüf ki, bəzən qəbul edilən qərarlarda belə məqamlar nəzərə alınmır”.

Mail Yaqub

Sosioloq bildirib ki, insanların psixoloji rahatlığı, sosial rifahı və əhval-ruhiyyəsi qərar prosesində ikinci plana keçir:

“Məsələnin başqa bir tərəfi də insanlarda bayram əhval-ruhiyyəsinin zəif olmasıdır. Bunun bir çox obyektiv səbəbi mövcuddur. Misal üçün iqtisadi çətinliklər, gündəlik qayğıların çoxluğu, sosial və psixoloji gərginliklər, gələcəyə dair ümumi narahatlıq bu sırada yer alır. İnsanların həm maddi, həm də mənəvi baxımdan sıxıntı yaşadığı bir şəraitdə onların bayram ab-havasına köklənməsi çətinləşir. Ona görə də həm sosial siyasət, həm də psixoloji dəstək mexanizmləri gücləndirilməli, əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində davamlı iş nəzərdə tutulmalıdır”.

Mail Yaqub əlavə edib ki, iqtisadi və psixoloji gərginliyin aradan qaldırılması üçün kompleks və sistemli yanaşma tələb olunur:

“İstər yerli idarəetmə orqanları, istərsə də cəmiyyətin müxtəlif institutları bu məsələyə xüsusi həssaslıqla yanaşmalıdır. İnsanların əhval-ruhiyyəsinin yüksəlməsi təkcə fərdi bir faktor deyil, həm də sosial harmoniya və ümumi inkişaf üçün vacib şərtdir”.

Bakı Şəhər Ticarət və Xidmət Departamentindən saytımıza bildirilib ki, Şaxta Baba və Qar qız olmaq istəyənlər 90 manat rüsum ödəməlidirlər:

“Şaxta Baba və Qar qız olmaq istəyənlər istənilən vaxt quruma müraciət edə bilərlər. Konjret vaxt və meyar yoxdur. Yeganə tələb 90 manat dövlət rüsumunun ödənilməsidir”.

Zaira Akifqızı

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
35
globalinfo.az

1Источники