RU

Tramp administrasiyası ABŞ-də marixuana ilə bağlı federal məhdudiyyətləri yumşaltmağa hazırlaşır

Ağ Ev 2026-cı ilin əvvəlində narkotik maddənin hüquqi statusunu dəyişməyi nəzərdən keçirir...

ABŞ prezidenti Donald Tramp yaxın aylarda marixuananın federal səviyyədə tətbiq olunan sərt məhdudiyyətlərini zəiflətməyi planlaşdırır.

Poliqon xəbər verir ki, bu barədə Axios məsələ ilə tanış olan mənbələrə istinadən məlumat yayıb.

Hazırda ABŞ qanunvericiliyində marixuana ən yüksək riskli maddələr sırasında, heroinlə eyni kateqoriyada qiymətləndirilir. Tramp administrasiyası isə marixuananın daha az təhlükəli kimi yenidən təsnif edilməsinə yönəlmiş addımlar üzərində çalışır. Bu dəyişiklik tədqiqat aparılmasını xeyli asanlaşdıracaq, həmçinin sahədə fəaliyyət göstərən bəzi şirkətlər üçün vergi güzəştləri yaratmaq imkanı açacaq.

Mənbələrin bildirdiyinə görə, məsələ ilə bağlı son qərar hələ verilməyib. Tramp komandasının hazırda əhali arasında keçirilmiş sorğuların nəticələrini təhlil etdiyi, dəyişikliklərin yalnız federal məhdudiyyətlərin yumşaldılması ilə məhdudlaşacağı, marixuananın rekreasiya məqsədli tam leqallaşdırılmasının gündəmdə olmadığı vurğulanır.

ABŞ-də marixuana ilə bağlı siyasət ştatlar üzrə fərqlilik göstərir: artıq 24 ştat və Kolumbiya Dairəsində maddə tam şəkildə leqallaşdırılıb, digər bir sıra ştatlarda isə məhdudiyyətlərin qismən yumşaldılması tətbiq olunub.

Poliqon.info

Избранный
131
50
poliqon.info

10Источники