RU

KİV: ABŞ Venesuela nefti daşıyan tankerləri ələ keçirməyə hazırlaşır

KİV: ABŞ Venesuela nefti daşıyan tankerləri ələ keçirməyə hazırlaşır

ABŞ gələn bir neçə həftə ərzində Venesuela nefti daşıyan əlavə tankerlərin ələ keçirilməsi imkanını araşdırır.

AFN.az xəbər verir ki, bu barədə "Reuters" mənbələrə istinadən məlumat yayıb.

Bildirilir ki, Vaşinqton prezident Nikolas Maduronun hökumətinə təzyiqi artırmaq məqsədilə bir neçə əlavə tankerə əl qoymağa hazırlaşır. Agentlik bildirir ki, ABŞ hakimiyyəti artıq yaxın həftələrdə saxlanıla biləcək bir neçə tankerin siyahısını tərtib edib.

ABŞ prezidenti Donald Tramp Venesuela sahillərində bir neft tankerinin saxlanıldığını təsdiqləyib və qeyd edib ki, Birləşmiş Ştatlar tankerdəki nefti özündə saxlamağı planlaşdırır. Tramp həmçinin gəminin sahibinə dair məlumatın açıqlanacağını bildirib.

ABŞ Ədliyyə Nazirliyi isə həmin tankerin sanksiyaları pozaraq Venesuela və İrandan neft daşıdığını bəyan edib. Nazirliyin rəhbəri Pəm Bendi əlavə edib ki, gəmi xarici terror təşkilatlarının dəstəklənməsi üçün də istifadə olunub.

Venesuela Xarici İşlər Nazirliyi ABŞ tərəfindən Karib dənizində tankerə əl qoyulmasını beynəlxalq piratlıq aktı kimi qiymətləndirib.

Избранный
21
10
afn.az

10Источники