Bakı şəhəri 14 nömrəli tam orta məktəbin səkkiz şagirdi zəhərlənib. Onların saqqızdan zəhərləndiyi ehtimal olunur.
Hadisə ilə bağlı Baku TV-yə açıqlama verən qida üzrə ekspert Mübariz Vəliyev məsələyə aydınlıq gətirib:
"Saqqızın tərkibində bir çox maddələr var. Xiolitol adlanan maddə şəkərsiz saqqızlarda olur. O da insan üçün təhlükəli sayılmır. Sadəcə allergiyası olan insanlar üçün rəngləndirici, ətir verici maddələr təhlükə yarada bilər".
Ekspert şagirdlərdə müşahidə oluna biləcək əlamətlərin zəhərlənmə deyil, məhz allergiyaya xas olduğunu bildirib: dodaqda şişmə, dəridə səpmə, boğazda yanma və qıcıqlanma.
"Bu da zəhərlənmə demək deyil, allergiyadır", - deyə ekspert qeyd edib.
Daha ətraflı Baku TV-nin videomaterialında: