RU

David Sumbadze: Yardımla bağlı məhdudiyyətlərin aradan qaldırılması bütün regionda əməkdaşlığın artmasına təkan verəcək

Vaşinqton, 12 dekabr, AZƏRTAC

“Son aylarda ABŞ-ın regionumuza - Cənubi Qafqaza və Orta Asiyaya artan marağının şahidi oluruq”. Bu sözləri AZƏRTAC-a açıqlamasında “Ramsfield” Təqaüd Proqramının direktoru David Sumbadze deyib. O, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanın, həmçinin Mərkəzi Asiya liderlərinin Vaşinqtona səfərini xatırladıb.

“Bunlar çox yaxşı əlamətlərdir. Düşünürəm ki, regionumuza yardımla bağlı bütün məhdudiyyətlər aradan qaldırılarsa, bu, iqtisadi, siyasi, təhlükəsizlik və nəqliyyat sahələrində əməkdaşlıq səviyyəsini artıracaq. Buna görə də çox ümid edirəm ki, artıq bir neçə onillikdir mövcud olan bütün bu məhdudiyyətlər nəhayət aradan qaldırılacaq. Bu, təkcə ABŞ ilə Azərbaycanın deyil, bütün regionda əməkdaşlığın artmasına təkan verəcək. Xüsusən də sülh müqaviləsinin imzalanması regionun bütün ölkələrinin daha da inkişafı üçün böyük imkanlar yaradacaq”,-deyə David Sumbadze əlavə edib.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Избранный
22
1
azertag.az

2Источники