ABŞ prezidenti Donald Tramp ölkə rəhbərliyinin Vaşinqtonla razılığa gəlməkdən imtina edib raket proqramını davam etdirəcəyi təqdirdə, ABŞ-nin İrana yenidən zərbə endirə biləcəyini bildirib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ağ Evdə jurnalistlərlə görüş zamanı Tramp özü açıqlama verib.
O ABŞ ordusunun İranın Fordo, Nətənz və İsfahandakı nüvə obyektlərinə zərbə endirməməsi halında Yaxın Şərqdə nizamlanmanın əldə olunmayacağı nəzəriyyəsini bir daha təkrarlayıb.
Trampın sözlərinə görə, İran nüvə proqramını davam etdirməyə cəhd edə bilər: "Proqramın bərpası uzun müddət çəkəcək, amma bizimlə razılaşma olmadan bərpa etmək istəsələr, biz də onları məhv edəcəyik. Onların raketlərini çox tez məhv edə bilərik", - deyə ABŞ prezidenti bildirib.
Zeynəb Rzayeva