RU

Ayaz Hüseynov: "QHT-lərin məsuliyyəti Ulu Öndərin ideoloji mirasını yaşatmaqdır"

12 dekabr - Ümummilli lider Heydər Əliyevin anım günü münasibətilə Hemofiliyalı Xəstələrin Assosiasiyasının İdarə Heyətinin sədri Ayaz Hüseynov QHT.az-a verdiyi açıqlamada Ümummilli Liderin formalaşdırdığı dövlətçilik ideologiyasının müasir Azərbaycan vətəndaş cəmiyyətinin inkişafında mühüm rol oynadığını bildirib.

Ayaz Hüseynovun sözlərinə görə, Heydər Əliyevin siyasi və ideoloji irsi vətəndaş cəmiyyətinin formalaşması üçün möhkəm təməl yaradıb:

"Heydər Əliyevin formalaşdırdığı dövlətçilik ideologiyası müasir Azərbaycan vətəndaş cəmiyyətinin inkişafı üçün möhkəm əsaslar yaratdı. O, hüquqi dövlət quruculuğu, ictimai həmrəyliyin möhkəmləndirilməsi və insan kapitalına investisiya kimi prinsiplərlə QHT-lərin fəaliyyətinə geniş imkanlar açdı. Bu gün QHT-lərin üzərinə düşən məsuliyyət bu ideoloji mirası layiqincə davam etdirmək, cəmiyyətin problemlərini səsləndirmək, sosial həssas qrupları dəstəkləmək, dövlət və cəmiyyət arasında konstruktiv körpü rolunu daha da gücləndirməkdən ibarətdir.

Ulu Öndərin yaratdığı ideyalar vətəndaş cəmiyyətinin güclənməsinə hər zaman yol göstərən bir dəyər mənbəyidir."

Избранный
22
qht.az

1Источники