RU

Ulu Öndəri Uşaqlıq Xatirəmlə Anıram

Ulu

Bu gün ulu öndər Heydər Əliyevin anım günüdür… Məkanı cənnət olsun. Hər il bu gün içimdə qəribə bir sızı, elə bil ki, uzaqdan gələn bir pıçıltı olur. Elə bil uşaqlığımın içindən kimlərinsə səsi gəlir.5–6 yaşım olardı… 8-ci mikrorayonda yaşayırdıq. Qonaq otağında bir şəkil vardı, babamın şlyapalı, iri bir portreti. Elə bil evimizin ən ağır, ən sözlü adamı o şəkil idi. Gözümü açandan nənəm “babanı göstər” deyirdi. Onda anlamırdım. İndi bilirəm — bizə babamızın simasını, ruhunu tanıtmaq üçün elə edirmiş.Mətbəxlə dəhlizin arasında bir ara kəsmə vardı. Həmişə ordan keçəndə diqqətimi çəkən ikinci bir şəkil — ulu öndərin şəkli. Uşaq ağlımla soruşurdum: “Ay nənə, bu kimdi?” – “Heydər baba”, – deyirdi. Mən də həyətə düşəndə uşaqlara deyirdim: “Mənim o biri babamın adı Heydərdi…”O vaxtdan içimdə iki baba obrazı vardı — biri öz babam, biri xalqın babası.Nənəm 36 yaşında 6 uşaqla dul qalmışdı. Babam, Daşdəmirov Həbib Ədil oğlu — öz dövrünün tanınmış və ilk hakimlərindən idi. Çox rayonlarda hakim işləmişdi, ən sonda Naxçıvanda… Dəqiq deyə bilməsəm də, Naxçıvan Ali Məhkəməsinin sədrliyini də edib. Amma ömür ona aman vermədi — cəmi 47 yaşında dünyasını dəyişdi.Nənəm danışardı ki, babam Heydər Əliyevi yaxın qonşu kimi tanıyırmış. O vaxt çəkilən şəkilləri, qəzetləri vardı… Təəssüf ki, sonradan bir müxbirin əlinə keçib geri qaytarılmadı. O xatirələr indi kağızda yox, bizim yadımızda yaşayır. Mən isə balaca vaxtı o qəzetlərə baxanda izdihamı, əllərdə çiçəkləri, qara lentlə bağlanmış əklilləri, tabutun önündə dayanan atamı görmüşdüm.Babamı öz yurdu — Ağsunun Ərəbsarvan kəndində dəfn etdilər. Nənəm altı uşağı götürüb Bakıya qohumgildə gəlir. O evin xanımına ömrünün axırına qədər “bacı” deyə müraciət edirdi. Çünki o ağır günlərdə evini, çörəyini bölmüşdü. Bir gün nənəm geyinib-keçinir, elə bil ki, taleyinin qapısını döyməyə gedirmiş kimi, Heydər Əliyevin yanına yollanır. Danışırdı ki, Heydər Əliyev onu görəndə soruşub: “Haralardasan? Uşaqlar necədilər?”Nənəm də özünəməxsus zarafatla: “Sən yoxladığından yaxşıdılar,” — deyib.Ulu onunla xeyli söhbət edir. Biləndə ki, Həbib müəllimin ailəsinin Bakıda evi yoxdur, bircə kəlmə deyir: “Get evə… Olacaqlardan xəbər tutarsan.”Nənəm deyirdi ki, hələ evə çatmamış xəbər gəlib: 8-ci mikrorayonda 5 mərtəbəli binanın 3-cü mərtəbəsində 4 otaqlı mənzil ayrılıb.Bizim ailənin Bakıda qurduğu ilk ocaq — bu gün hörmətlə andığımız ulu öndərin insani diqqətinin nəticəsi idi.Atam da, babam da öz dövrlərində nüfuzlu, hörmətli insanlar olublar. Atam polis orqanlarında çalışıb, özü bacarığı və zəhməti ilə yol açıb. O zamanlar təyinatla irəli getmək vardı. Kim nəyə layiqdisə, orda da olardı.Bütün bu xatirələri niyə danışdığımı indi daha yaxşı anlayıram…Bu gün mən Heydər Əliyevi təkcə ölkə qurucusu, siyasətçi kimi yox, ailəmizə bir zaman göstərdiyi insanlıqla xatırlamaq istədim. Nənəmin səsi qulağımda, babamın şəklinin baxışları gözümün qarşısında, uşaqlığımın qoxusu içimdə…Allah hamısına rəhmət eləsin.Ruhu şad olsun.Azərbaycanın başı sağ olsun.Ulusum.az R.Daşdəmirova

Diqqət Çəkənlər

Məzuniyyət qaydalarında yenilik

Bakıda qaz borusu partladı - Yanğın baş verdi - FOTO

Bu Dünyadan Bir Heydər Əliyev Keçdi

Избранный
21
ulusum.az

1Источники