Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki “Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti” publik hüquqi şəxsi "Aşağı Muğan kanalının yenidən qurulması I mərhələ üzrə" tenderi yekunlaşdırıb.
Marja.az xəbər verir ki, tenderin qalibi "EUROLİNE" QSC-dir.
Şirkətin təklifinin qiyməti 75 milyon 47 min manatdır.
Ehtimal olunan qiymət 133 milyon 944 min manat idi.