RU

Ana ögey atasından hamilə qalan qızını öldürdü

ABŞ-ın Şimali Karolina ştatında ana ögey atasından hamilə qalan 22 yaşlı qızının bətnindən körpəni kəsərək çıxarıb.

AzPost bildirir ki, The Mirror qəzetinin məlumatına görə, amerikalı qadın ərinin nüfuzunu qorumaq üçün cinayət törədib.

Polis qızın cəsədini noyabrın sonlarında aşkar edib. Zərərçəkənin Rebekka Park olduğu müəyyən edilib. İstintaq zamanı polis zərərçəkənin anasını tapıb. Məlum olub ki, qızın ögey atası Bredli ögey qızına təcavüz edib. Nəticədə qız hamilə qalıb. Qalmaqaldan yayınmaq üçün Rebekkanın anası uşaqdan qurtulmaq qərarına gəlib.

Amerikalı qadın körpəni qızının bətnindən kəsdikdən sonra Bredli ögey qızını bıçaqlayaraq öldürüb. O, qızın cəsədini yük maşınına bağlayaraq yarpaqların arasında gizlədib. Körpənin cəsədini isə soyuducuya qoyulub və zibil qutusuna atılıb. Hər ikisi nəzarətə götürülüb.

AzPost.az

Избранный
8
1
azpost.info

2Источники