RU

Ağ Ev “TikTok” hesabı açdı


Tramp administrasiyası ABŞ Nazirlər Kabinetinin fəaliyyətinə həsr olunmuş yeni “TikTok” hesabı istifadəyə verib.
Yeniavaz.com
xəbər verir ki, administrasiya artıq ABŞ Nazirlər Kabineti Ofisinin hesabının aktivləşdirildiyini təsdiqləyib. Hazırda orada üç video var.
Qeyd edək ki, daha əvvəl Tramp Çin Prezidenti Si Cinpinlə telefon danışığında ABŞ-nin Çinlə ticarət əməkdaşlığını inkişaf etdirmək istədiyini və “TikTok” ətrafındakı vəziyyəti həll etmək üçün ikitərəfli məsləhətləşmələri dəstəkləmək niyyətində olduğunu bildirmişdi.
Si Cinpin öz növbəsində Pekinin bu məsələ ilə bağlı mövqeyinin dəyişməz qaldığını vurğulamışdı: Çin şirkətlərin maraqlarına hörmətlə yanaşır və bazar prinsiplərinə əsaslanan danışıqları alqışlayır.
Избранный
19
yeniavaz.com

1Источники