RU

Rusiyanın hava limanlarında uçuşlara məhdudiyyətlər tətbiq edilib

Domodedovo və Jukovski hava limanlarında mülki təyyarələrin uçuşlarına müvəqqəti məhdudiyyətlər tətbiq edilib.

Qaziler.az bildirir ki, bu barədə 12 dekabrda Federal Hava Nəqliyyatı Agentliyinin (Rosaviasiya) sözçüsü Artyom Korenyako məlumat verib.

 

O, Telegram kanalında yazıb: "Domodedovo və Jukovski (Ramenskoye) hava limanları. Təyyarələrin gəlişi və yola düşməsinə müvəqqəti məhdudiyyətlər tətbiq edilib".

 

Korenyako həmçinin əlavə edib ki, Vnukovo hava limanında da oxşar tədbirlər tətbiq edilib. O, bu məhdudiyyətlərin uçuş təhlükəsizliyi üçün zəruri olduğunu bildirib.

QAZİLER.AZ

Избранный
13
1
qaziler.az

2Источники