RU

Ermənistan və İraq Prezidentləri regional məsələləri müzakirə edib

Ermənistan Prezidenti Vahaqn Xaçaturyan Türkmənistanda iraqlı həmkarı Əbd əl-Lətif Camal Rəşid ilə görüşüb.

Missiya.Az xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.

Bildirilib ki, görüş zamanı tərəflər Ermənistan-İraq ikitərəfli münasibətlərinin gündəliyi ilə bağlı geniş məsələləri müzakirə ediblər.

Məlumata görə, həmsöhbətlər regional təhlükəsizliyin, sülhün və sabitliyin gücləndirilməsinə yönəlmiş təşəbbüslər barədə fikir mübadiləsi apardılar.

Daşqın HəsənovMissiya.Az

Избранный
10
missiya.az

1Источники