RU

Xəzərin dayazlaşması ciddi nəticələrə səbəb ola bilər

Xəzər dənizinin dayazlaşması geri dönməz hala gələ və ciddi nəticələr zəncirinə səbəb ola bilər.

Ucnoqta.az xəbər verir ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Aşqabadda keçirilən Beynəlxalq Sülh və Etimad Forumunda çıxışında bildirib.
  "Xəzər dənizinə gəldikdə isə, hazırkı dayazlaşma sürətində bu təhlükəli proses geri dönməz hala gələ bilər ki, bu da qaçılmaz olaraq ekoloji, sosial-iqtisadi və hətta siyasi nəticələrdən ibarət zəncirvari reaksiyaya səbəb olacaq. Qazaxıstan ekosistemin məhv edilməsinin və Xəzər dənizinin dayazlaşmasının qarşısını almağa yönəlmiş xüsusi dövlətlərarası proqram hazırlamağı təklif edib", - Tokayev deyib.

Tokayev bütün beynəlxalq ictimaiyyəti Xəzər dənizinin qorunmasına yönəlmiş səyləri dəstəkləməyə çağırıb. "

Избранный
78
ucnoqta.az

1Источники