Xalq şairi Nəriman Həsənzadənin müalicəsi hazırda Mərkəzi Klinik Xəstəxananın Reanimasiya və intensiv terapiya şöbəsində davam etdirilir.
Bu barədə Milli.Az-a məlumatı Mərkəzi Klinik Xəstəxana verib.
Qeyd edilib ki, xronik böyrək çatışmazlığının kəskinləşməsi səbəbindən hemodializ prosedurunun növbəti dəfə həyata keçirilməsi istisna olunmur.
"Onun vəziyyəti ağır, lakin stabil kimi qiymətləndirilir", - deyə xəstəxana əlavə edib.
Mina Mikayılova
Milli.Az