RU

Zaur Əliyev direktor müavinini işdən çıxardı - YENİ TƏYİNAT

Bakı Şəhər Baş Səhiyyə Mərkəzinin direktor müavini Mehman Qasımov vəzifəsindən azad edilib.

Bakıvaxtı.az "Qaynarinfo"ya istinadla xəbər verir ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyevin müvafiq əmri ilə mərkəzin maliyyə məsələləri üzrə direktor müavini Mehman Qasımov son yaş həddi ilə əlaqədar vəzifəsindən azad olunaraq təqaüdə göndərilib.

Zaur Əliyevin digər əmri ilə Bakı Şəhər Baş Səhiyyə Mərkəzinin maliyyə məsələləri üzrə direktor müavini vəzifəsinə Fərman Məmmədov təyin olunub.

Qeyd edək ki, Fərman Məmmədov bundan əvvəl "Azərişıq" ASC-də çalışıb.

Избранный
9
8
bakivaxti.az

10Источники