RU

Ronaldo onun gedişinə biganə qalmadı

“Əl-Nəsr”in və Portuqaliya yığmasının kapitanı Kriştiano Ronaldo millidə komanda yoldaşı olan qapıçı Rui Patrisionun karyerasını bitirməsi ilə bağlı xəbərə münasibət bildirib.

Publika.az xəbər verir ki, o, 37 yaşlı qapıçının gedişi haqqında Portuqaliya Futbol Federasiyasının paylaşıldığı posta belə şərh yazıb: “Hər şey üçün təşəkkürlər, Rui! Belə bir karyera münasibətilə təbrik edirəm!”

Rui Patrisio “Sportinq”in yetirməsidir. O, karyerası ərzində “Vulverhempton”, “Roma”, “Atalanta” və “Əl-Əyn”də də çıxış edib. Portuqaliya millisinin heyətində 108 oyun keçirib, Avro-2016-nın və Millətlər Liqasının qalibi olub.

Избранный
6
publika.az

1Источники