RU

İradə Həsənova: "Vətəndaş cəmiyyətinin təməli Heydər Əliyev irsidir"

“Səma və Eko” Sosial-İqtisadi İnkişafa Yardım İctimai Birliyinin sədri İradə Həsənova QHT.az-a verdiyi açıqlamada Ümummilli Lider Heydər Əliyevin dövlətçilik ideologiyasının müasir Azərbaycan Respublikasının müstəqil inkişaf modelinin formalaşmasında həlledici rol oynadığını bildirib.

İradə Həsənovanın sözlərinə görə, Heydər Əliyevin dövlətçilik ideologiyası yalnız idarəçilik fəlsəfəsi deyil, eyni zamanda cəmiyyətin bütün sahələrində sabitlik, inkişaf və uzunmüddətli perspektivi təmin edən strateji konsepsiyadır:

"Ulu Öndər Heydər Əliyevin siyasi irsi bu gün ölkədə hüquqi dövlət,demokrativ institutlar və vətəndaş cəmiyyəti üçün möhkəm təməllər formalaşdırmışdır. Heydər Əliyevin rəhbərliyi ilə qəbul edilmuş Azərbaycan Respublikasının Konstitutiyası və onun əsasında formalaşmış geniş qanunvericilik paketi vətəndaş cəmiyyətinin hüquqi çərçivəsini müəyyənləşdirdi.İnsan hüquq və azadlıqlarının təminatı, QHT-lərin fəaliyyətini tənzimləyən qanun və mexanizimlərin yaradılması ictimai institutların dayanıqlı inkişafına şərait yaratdı. Ulu Öndərin uzaqgörən siyasəti uzunmüddətli sabitliyi, təhlükəsizliyi  və sosia-iqtisadi inkişafı hədələyirdi.Bu mühit QHT-lərin sosial müdafiə, ekoloji balans, təhsil, səhiyyə və humanitar istiqamətlərdə layihələr həyata keçirməsini mümkün etdi".

Onun sözlərinə görə, QHT-lər cəmiyyətin maarifləndirilməsi, gənclərin vətəndaşlıq süurunun formalaşdırılması və milli birliyin gücləndirilməsi istiqamətində fəaliyyət göstərərək Heydər Əliyev irsinin davamçıları kimi çıxış etməlidirlər. Onların missiyası ictimai şüurun möhkəmlənməsinə dəstək verməkdir:

"Heydər Əliyevin dövlətçilik idealogiyası Azərbaycan cəmiyyətində sabitlik , inkişaf və sosial həmrəyliyi təmin edən strateji xətt kimi bu gün də öz aktuallığını qoruyur.Vətəndaş cəmiyyəti institutlarının formalaşması və güclənməsi məhz bu idealogiyanın mühüm nəticələrindən biridir."

Избранный
5
qht.az

1Источники