RU

Ramiz Mehdiyev AMEA üzvlüyünü itirə bilər - AMEA-nın prezidenti

Ramiz Mehdiyevin Azərbaycanın müstəqillik dövlətçiliyinə qarşı etdiyi hərəkətlər və barəsindəki ittihamlar onun akademiyanın üzvü qalmasına imkan vermir. Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti İsa Həbibbəyli bildirib. 

O bildirib ki, məsələyə akademiyada baxılacaq.

Ramiz Mehdiyev Azərbaycan siyasi və dövlət strukturlarında uzun illər çalışmış bir şəxsdir.

Bakı şəhəri Səbail rayon məhkəməsi Mehdiyev Ramiz Ənvər oğlu barədə  cinayət işi üzrə qərar qəbul edib.

Qərara əsasən məhkəmə xüsusilə ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilmiş Ramiz Mehdiyev barədə verilmiş vəsatəti təmin edərək, 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib.

Mehdiyev  Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham edilir.

Aytac Zeynalova 

Избранный
34
17
anews.az

10Источники