RU

Xəzərin nəqliyyat əhəmiyyəti regionda yeni iqtisadi perspektivlər açar Nazir

Avtosfer saytından alınan məlumata görə, ain.az bildirir.

Xəzər dənizi üzərindən keçən vacib nəqliyyat arteriyaları region ölkələrinin maraqlarını əhatə edir və ticarət-iqtisadi əlaqələrin genişləndirilməsi üçün yeni perspektivlər açır.

Avtosfer.az xəbər verir ki, bunu Azərbaycanın Baş naziri Əli Əsədov Aşğabadda Türkmənistanın neytrallığının 30 illiyinə həsr edilən "Beynəlxalq sülh və təhlükəsizlik" forumunda çıxışı zamanı deyib.

"Şübhəsiz ki, Xəzər dənizi dövlətlərimizi birləşdirən və ölkələrimizin iqtisadi həyatında mühüm rol oynayan amildir. Xəzərin sülh, rifah, sabitlik və təhlükəsizlik zonası kimi qorunub saxlanılması ticarət-iqtisadi və mədəni əlaqələrin daha da genişlənməsinə, biznes və turizmin inkişafı üçün zəruri şəraitin yaradılmasına imkan yaradır", - o deyib./report

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
5
3
avtosfer.az

6Источники