Bakı. Trend:
Energetika naziri Pərviz Şahbazov ABŞ-yə səfəri çərçivəsindəKonqresin Nümayəndələr Palatası və Ticarət Palatasınınnümayəndələri ilə görüşlər keçirib.
Bu barədə Trend-ə Energetika Nazirliyindən məlumat verilib.
Bildirilib ki, ABŞ Konqresinin Nümayəndələr Palatasının Enerjiüzrə Alt Komitəsinin sədr müavini Maykl Klaud və NümayəndələrPalatasının Enerji, Su Təsisatları və Əlaqəli Qurumlar üzrə AltKomitəsinin respublikaçı üzvü Dan Nyuhauz ilə görüşlərdəAzərbaycanla Birləşmiş Ştatlar arasında mövcud uğurlu enerjiəməkdaşlığının yeni mərhələdə inkişaf perspektivləri müzakirəedilib. Enerji tərəfdaşlığının töhfələri olan Bakı-Tbilisi-Ceyhan,Cənub Qaz Dəhlizi kimi layihələrin regional enerji təchizatınadavam edən töhfələri nəzərdən keçirilib. Xüsusilə ABŞ PrezidentiDonald Trampın Trans-Adriatik Boru Kəmərinin reallaşmasındakıhəlledici rolu qeyd edilib. Hazırda ABŞ Prezidentinin regiondasülhün bərpasına yönəlmiş siyasəti fonunda “Beynəlxalq Sülh vəRifah naminə Tramp Marşrutu”nun, həmçinin Strateji TərəfdaşlıqXartiyasının hazırlanmasına dair Anlaşma Memorandumunun enerjitərəfdaşlığımız üçün yeni imkanlar açdığı vurğulanıb. Stratejitərəfdaşlıq əlaqələrində regional enerji bağlantılarının mühümkomponentlərdən olduğu, bu xüsusda, Azərbaycanla, Türkiyə, MərkəziAsiya və Avropa arasında elektrik enerjisi axınlarını təmin edəcəklayihələrin əhəmiyyəti nəzərdən keçirilib. ABŞ Administrasiyası iləyeni reallıqlar və imkanlar müstəvisində enerji sahəsində dialoq vəəməkdaşlığı gücləndirməyin vacibliyi qeyd olunub.
Enerji əlaqələrinin genişləndirilməsi ABŞ Ticarət Palatasınınvitse-prezidenti Cenifer Miel və Palatanın üzvü olan aparıcı enerjişirkətləri ilə keçirilən görüşdə də müzakirə olunub. Bildirilib ki,Prezident İlham Əliyevin vizyonu Azərbaycanın beynəlxalq enerjibazarındakı fəal rolunu yalnız karbohidrogenlərdə deyil, həm dəelektrik, bərpa olunan enerji və hidrogen sahələrində qorumaq vəgücləndirməkdən ibarətdir. ABŞ ilə dostluq və sıx əməkdaşlıqmünasibətlərimiz bu istiqamətlərdə tərəfdaşlığın genişləndirilməsiüçün böyük imkanlar yaradır. Ticarət Palatası tərəfindənAzərbaycanın qlobal enerji gündəminə verdiyi töhfələri və yaşılenerji sahəsindəki səyləri yüksək qiymətləndirilib, ölkəmizləəməkdaşlığı daha da inkişaf etdirmək niyyəti ifadə edilib. Buməqsədlə Palatanın nümayəndə heyətinin gələn ilin fevralındaAzərbaycana səfər edəcəyi və enerji əməkdaşlığının əsas prioritetistiqamətlərdən biri olacağı diqqətə çatdırılıb.