Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin tezliklə bağlanacağına ümid edir.
Publik.az xəbər verir ki, Tokayev Aşqabadda keçirilən "Beynəlxalq Sülh və Etimad İli 2025" forumunda bildirib ki, hərtərəfli razılaşma Cənubi Qafqazda sabitliyi təmin edəcək.
"Azərbaycan və Ermənistan tərəfindən birgə sülh bəyannaməsinin imzalanması tarixi əhəmiyyət kəsb edir və regionda və onun hüdudlarından kənarda çoxşaxəli əməkdaşlıq üçün geniş perspektivlər açır", - deyə o bildirib.
Xatırladaq ki, avqustun 8-də Vaşinqtonda, Azərbaycan, ABŞ və Ermənistan liderləri münaqişənin sülh yolu ilə həlli ilə bağlı birgə bəyannamə imzalayıblar.