RU

Güləli Bağırov Çində yüksək səviyyəli investor görüşləri keçirib – VİDEO – FOTOLAR

“Azturk Holding” prezidenti Güləli Bağırov Çində Çinli investorlarla görüşlər keçirib və şirkətin strateji “NeoOrdo” layihəsini təqdim edib.

Təqdimat çərçivəsində tərəflər arasında əməkdaşlığın ilkin mərhələsini təsdiqləyən Anlaşma Memorandumu imzalanıb.

Busaat.az xəbər verir ki, görüş zamanı Güləli Bağırov “NeoOrdo” layihəsinin məqsədləri, infrastruktur potensialı və regiondakı iqtisadi proseslərə verə biləcəyi töhfələr barədə ətraflı məlumat verib.

O, layihənin Azərbaycanın logistika imkanlarını genişləndirəcəyini, eləcə də Avrasiya ticarət yollarında yeni bağlantılar yaradacağını bildirib.

“Azturk Holding” ilə çinli investorlar arasında imzalanan memorandum, gələcək əməkdaşlıq istiqamətlərini və layihə üzrə həyata keçiriləcək hazırlıq işlərini müəyyən edir. Sənəd tərəflər arasında investisiya imkanlarının araşdırılması və birgə işçi qruplarının yaradılmasını nəzərdə tutur.

“NeoOrdo” layihəsi Azərbaycanı qlobal ticarət şəbəkələrinin mühüm həlqəsinə çevirməyi hədəfləyən genişmiqyaslı infrastruktur təşəbbüsü kimi qiymətləndirilir. Layihənin icrası çərçivəsində yeni logistika mərkəzlərinin və nəqliyyat-kommunikasiya infrastrukturunun formalaşdırılması planlaşdırılır.

Görüşdən sonra açıqlama verən Güləli Bağırov bildirib ki, Çin tərəfi layihəyə ciddi maraq göstərib və qarşıdakı mərhələlərdə əməkdaşlığın daha da dərinləşməsi gözlənilir.

O qeyd edib ki, layihənin reallaşması həm Azərbaycan, həm də region ölkələri üçün yeni iqtisadi imkanlar yaradacaq.

“Azturk Holding” nümayəndələri vurğulayıblar ki, əldə olunan ilkin razılaşma “NeoOrdo” layihəsinin həyata keçirilməsi istiqamətində mühüm addımdır və növbəti mərhələlərdə beynəlxalq tərəfdaşlarla daha geniş əməkdaşlıq gözlənilir.

video-output-309A07AA-716A-4EE5-9828-196209D4062B-1

 

Избранный
27
3
busaat.az

4Источники