Bakıda evdən 27 yaşlı oğlanın meyiti tapılıb.
Avtosfer.az xəbər verir ki, hadisə dekabrın 11-i saat 21 radələrində Binəqədi rayonunda baş verib.
Masallı rayon sakini 1998-ci il təvəllüdlü Mirəli Cəmil oğlu Gözəlovun üzərində zorakılıq əlamətləri görünməyən meyiti kirayədə yaşadığı M. Ə. Rəsulzadə qəsəbəsindəki evdə aşkar edilib.
Oxşar hadisə Xətai rayonunda da qeydə alınıb. Dekabrın 11-i saat 08 radələrində 1981-ci il təvəllüdlü Aytəkin Fəxrəddin qızı Mirzəyevanın meyiti yaşadığı Mingəçevir küçəsindəki evdə tapılıb.
Hadisələrlə bağlı prokurorluq tərəfindən araşdırma aparılır.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта