İran Prezidenti Məsud Pezeşkian Rusiya Prezidenti Vladimir Putinlə görüşündə bildirib ki, İran Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin bir hissəsi olaraq Rəşt-Astara dəmir yolunun tikintisi üçün 100 kilometrdən çox torpaq hissəsi alıb.
Publika.az xəbər verir ki, Pezeşkian bu barədə Türkmənistanda bildirib.
“Astara-Rəşt marşrutu ilə bağlı demək istəyirəm ki, biz artıq 100 kilometri (torpaq sahiblərindən - red.) əldə etmişik, hər şeyi etmişik və ilin sonuna qədər hər şeyi bitirəcəyik”, - deyə Pezeşkian bildirib.
Putin aydınlıq gətirib: "Doxsan üç kilometr".
İran prezidenti cavabında bildirib ki, "100 kilometrdən çox - 106 kilometr, biz bu məsələni həftəlik olaraq izləyirik".