RU

Putin və Pezeşkian Türkmənistanda görüşüb

Rusiya Prezidenti Vladimir Putin Aşqabadda keçirilən Beynəlxalq Sülh və Etimad Zirvəsi çərçivəsində iranlı həmkarı Məsud Pezeşkian ilə görüşüb.

Missiya.Az xəbər verir ki, görüş zamanı iki ölkə arasında münasibətlərin inkişaf dinamikası müzakirə olunub.

Putin bildirib ki, Rusiya və İran arasındakı əlaqələr tamamilə müsbət istiqamətdə irəliləyir.

Məlumata görə, tərəflər, habelə, qaz və elektrik enerjisi sahəsində əməkdaşlıq perspektivlərini, eləcə də Buşehr AES-in fəaliyyəti, regional infrastruktur layihələri və xüsusilə Şimal–Cənub dəhlizinin inkişafını müzakirə ediblər.

Daşqın HəsənovMissiya.Az

Избранный
6
1
missiya.az

2Источники