RU

“Meydan" TV işi üzrə məhkəmə başlayıb - YENİLƏNİB

“Meydan" TV işi üzrə məhkəmə başlayıb.

APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib.

Təqsirləndirilən şəxslərin şüşə qəfəsdən çıxarılıb müdafiəçilərinin yanında əyləşmələri ilə bağlı vəsatət təmin edilib. Bildirilib ki, bu, növbəti iclasda icra olunacaq.

Prosesdə cinayət işinə xitam verilməsi ilə bağlı da vəsatət verilib. Vəsatət təmin olunmayıb.

Aynur Elgünəşin vəkili onun barəsində seçilmiş həbs-qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəzlənilməsini xahiş edib. O, bilidirib ki, müvəkkilinin səhhətində problem var.

Digər vəkillər də müvəkkilləri barəsində qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəzlənməsini xahiş ediblər.

Vəsatətlər təmin edilməyib.

Cinayət işi məhkəmə baxışına verilib və baxış iclası dekabrın 22-nə təyin edilib.

Qeyd edək ki, ötən ilin dekabr ayında "Meydan" TV işi üzrə jurnalistlər Ramin Deko (Cəbrayılzadə), Aynur Elgünəş (Qənbərova), Aytac Tapdıq (Əhmədova), Natiq Cavadlı, Xəyalə Ağayeva, Ülvi Tahirov, Aysel Umudova saxlanılıb.
Onların barəsində həbs-qətimkan tədbiri seçilib.
Bakı Şəhər Baş Polis İdarəsində onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2 (Qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir neçə şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Bu ilin fevral ayında iş üzrə “Arqument.az” saytının baş redaktoru Şəmşad Ağa, daha sonra jurnalistlər Fatimə Mövlamlı və Nurlan Qəhrəmanlı (Libre) həbs olunub.
Mart ayında Jurnalist Ülviyyə Əli (Quliyeva) barəsində həbs qətimkan seçilib.
Avqust ayında isə foto-müxbir Əhməd Muxtar həbs edilib.

***

11.42

“Meydan" TV işi üzrə məhkəmə başlayıb.

APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilir.

Qeyd edək ki, ötən ilin dekabr ayında "Meydan" TV işi üzrə jurnalistlər Ramin Deko (Cəbrayılzadə), Aynur Elgünəş (Qənbərova), Aytac Tapdıq (Əhmədova), Natiq Cavadlı, Xəyalə Ağayeva, Ülvi Tahirov, Aysel Umudova saxlanılıb. Onların barəsində həbs-qətimkan tədbiri seçilib. Bakı Şəhər Baş Polis İdarəsində onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2 (Qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir neçə şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Bu ilin fevral ayında iş üzrə “Arqument.az” saytının baş redaktoru Şəmşad Ağa, daha sonra jurnalistlər Fatimə Mövlamlı və Nurlan Qəhrəmanlı (Libre) həbs olunub. Mart ayında jurnalist Ülviyyə Əli (Quliyeva) barəsində həbs qətimkan seçilib. Avqust ayında isə foto-müxbir Əhməd Muxtar həbs edilib.

Избранный
37
50
apa.az

10Источники