RU

Qalmaqallı bloger gözəllik salonunda DÖYÜLDÜ – VİDEO

Rusiyada qalmaqallı bloger gözəllik salonunda döyülüb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Rusiyanın Nijni Novqorod şəhərində kosmetoloqları yoxlaması ilə tanınan bloger Marina İlyina növbəti çəkilişi zamanı döyülüb.

O, adətən salonlara gedərək prosedurları test edir, ustalara təxribatçı suallar verir və prosesi telefona çəkərək ifşaedici videolar paylaşır. Lakin sonuncu səfəri gözlənilməz sonluqla bitib.

Bloger işçilərdən lisenziya və ixtisas dərəcəsi barədə soruşduqda salon əməkdaşları ona hücum ediblər. Onlar Marinanı döyərək qapıdan çölə atıblar.

Nəticədə bloger beyin sarsıntısı və çoxsaylı xəsarətlər alıb.

Xuraman Etibarlı

İnterpress.az

Избранный
33
interpress.az

1Источники