RU

Misin qiyməti tarixdə ən yüksək səviyyədə

Qlobal bazarlarda mis qiymətləri ABŞ Federal Ehtiyat Sisteminin (FED, ABŞ Mərkəzi Bankı) gözlənilən faiz endirimini həyata keçirməsi və ölkə iqtisadiyyatına dair iqtisadi artım proqnozunu yuxarı yönlü revizə etməsindən sonra yeni rekord səviyyəyə çatıb.

FED.az xəbər verir ki, Fed gələn il üçün iqtisadi artım proqnozunu 1,8%-dən 2,3%-ə qaldırıb, inflyasiyanın isə 2,4%-ə qədər azalmasını proqnozlaşdırır. Daha aşağı faizlərin metal və əmtəə bazarına dəstək verməsi ilə London Metal Birjasında 1 ton misin qiyməti 11 min 906 dollar səviyyəsinə qədər yüksəlib.

Bu il təxminən 35% artan mis qiymətləri, son dövrdə baş verən istehsalın azalması və ABŞ xaricində potensial təklif çatışmazlığına dair narahatlıqlarla dəstəklənir.

Gələn il tətbiq oluna biləcək tariflərdən əvvəl ABŞ-a göndərişləri artırması da bazarda təzyiq yaradır. Bərpaolunan enerji sektoru ilə əlaqəli sənayenin artan tələbi isə metalın uzunmüddətli perspektivini gücləndirir. (Marja)

Избранный
2
1
fed.az

2Источники