“12 dekabr - müasir müstəqil dövlətçiliyimizin qurucusu Ulu Öndər Heydər Əliyevin anım günüdür. Onun həyat yolu, dövlətçilik irsi və millətə xidməti Azərbaycan tarixində silinməz iz buraxıb”.
Newscenter.az xəbər verir ki, bunları Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) sədri İlham İsmayılov qeyd edib. O bildirib ki, ATXƏM İB bir təşkilat olaraq fəaliyyət göstərdiyi müddətdə Ulu Öndər Heydər Əliyevin yubileyləri ərəfəsində, onun həyat və fəaliyyəti ilə bağlı bir sıra silsilə tədbirlər keçirib:
“Bunlardan "Müasir Azərbaycanın inkişafında və Türk Dünyasının inteqrasiyasında Heydər Əliyevin rolu" mövzusundakı yazı müsabiqəsini, 15 İyun "Qurtuluş Günü" münasibətilə Bakı şəhərində və ölkəmizin ayrı-ayrı bölgələrində keçirilən mədəni-kütləvi tədbirləri göstərmək olar. Ulu Öndərlə bağlı keçirilən müsabiqələrdə jurnalistlər, ictimai təşkilat rəhbərləri, alimlər və ziyalılar iştirak etmiş və qaliblər ATXƏM tərəfindən mukafatlandırılmışdır”.
İlham İsmayılov qeyd edib ki, Heydər Əliyev Türk Dünyasının inteqrasiyasının gücləndirilməsini öz idarəçilik fəaliyyətində daim öndə tutub:
“Ulu Öndər Heydər Əliyevə Allahdan rəhmət diləyir, xatirəsini yüksək ehtiram və sonsuz minnətdarlıq hissi ilə yad edirik”.
Süleyman