RU

Ukrayna Xəzər dənizində Rusiyanın iki gəmisini vurdu

BAKI, 12 dekabr. TELEQRAF

Ukraynanın Xüsusi Əməliyyat Qüvvələri Xəzər dənizində hərbi texnika və silah daşıyan iki Rusiya gəmisinin zərərsizləşdirilməsi üzrə xüsusi əməliyyat keçirib.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Xüsusi Əməliyyat Qüvvələri məlumat yayıbş

Məlumatda gəmilərə zərbələrin endirildiyi bildirib.

“Zərər vurulan gəmilər arasında “Kompozitor Raxmaninov” və “Askar-Sarıca” var. Bu gəmilər Rusiya tərəfindən hərbi məqsədlərlə istifadə olunur və İranla Rusiya arasında hərbi yüklərin daşınmasında iştirak etdiklərinə görə ABŞ sanksiyaları altındadır”, - məlumatda qeyd olunur.

Bildirilir ki, Ukrayna Xüsusi Əməliyyat Qüvvələri Rusiya ordusunun hücum qabiliyyətinin zəiflədilməsi üçün asimmetrik tədbirlər görməyə davam edir.

Xatırladaq ki, Ukrayna Təhlükəsizlik Xidmətinin “Alfa” xüsusi əməliyyat mərkəzi dünən Rusiyanın “Lukoyl-Nijnevoljskneft” şirkətinə məxsus Filanovski neft hasilatı platformasına da PUA-larla zərbələr endirib, hücumdan sonra onlarla quyuda neft hasilatı dayandırılıb.

Избранный
17
teleqraf.com

1Источники