RU

ABŞ-də miqrantlara qarşı kütləvi reyd keçirilib - 400-ə yaxın saxlanılan var

ABŞ-nin Miqrasiya və Gömrük Nəzarəti Xidməti (ICE) Minnesota ştatında qanunsuz miqrasiyaya qarşı keçirilən irimiqyaslı əməliyyatda 400-dən çox qanunsuz mühaciri saxlayıb.

Olaylar.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Əməliyyat daha çox Somalidən olan mühacirlərin kompakt yaşadığı və dünyanın ən böyük Somali diasporunun yerləşdiyi Sent-Polda həyata keçirilib. Reyddə ICE əməkdaşları ilə yanaşı digər qurumların əməliyyatçıları da iştirak edir.

ICE rəsmisi Markos Çarlz yerli telekanala verdiyi açıqlamada ictimaiyyəti əmin edib ki, əməliyyat sırf somalililərə yönəlməyib, məqsəd sadəcə həmin rayonda qanunsuz yaşayan mühacirləri aşkarlayaraq saxlamaqdır.

Onun sözlərinə görə, əməliyyatın gedişini çətinləşdirən əsas amil, hava şəraitinin əlverişsiz olmasıdır. Belə ki, temperatur çox aşağı olduğundan qanunsuz miqrantlar evlərini demək olar ki, tərk etmirlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
16
1
olaylar.az

2Источники