RU

"Legiya"nın 17 azarkeşi İrəvanda həbs edildi

Polşanın "Legiya" futbol klubunun 17 azarkeşi İrəvanın mərkəzində ictimaiyyətə açıq şəkildə hörmətsizlik etmək və xuliqanlıq törətməkdə şübhəli bilinərək həbs edilib. 

"Unikal" xəbər verir ki, bu barədə Ermənistan Respublikası Daxili İşlər Nazirliyi məlumat yayıb. 

Qeyd edək ki, polşalı azarkeşlər Xancyan küçəsində xuliqanlıq ediblər: "Xancyan küçəsində ictimaiyyətə açıq şəkildə hörmətsizlik etmək və xuliqanlıq törətməkdə əsaslı şübhə əsasında 17 Polşa Respublikası vətəndaşını həbs edərək polis bölməsinə aparılıb. Tərtib edilmiş sənədlər istintaq şöbəsinə təhvil verilib". 

11 dekabrda İrəvanın Vazgen Sarkisyan adına Respublika stadionunda "Noah" və "Legia" arasında UEFA Konfrans Liqası oyunu keçirilib. İrəvanın "Noah" komandası həmin oyunda 2-1 hesabı ilə qalib gələrək Konfrans Liqasının pley-off mərhələsinə vəsiqə qazanıb. 

Ağarza Elçinoğlu 

Избранный
13
1
unikal.az

2Источники