RU

Qriqoryan təsdiqlədi: İrəvan Bakı ilə bu məhsulları almağı müzakirə edib

Azərbaycandan Ermənistana neft və neft məhsullarının ixracı məsələsi bu yaxınlarda Qəbələdə Azərbaycan baş nazirinin müavini Şahin Mustafayevlə müzakirə olunub.

Ölkə.az xəbər verir ki, bunu Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan deyib. 

"Bəli, müzakirələr aparılıb və əməkdaşlıq üçün imkanlar var", - Qriqoryan İrəvanın Azərbaycandan yanacaq idxalı ilə bağlı artıq razılığa gəlib-gəlmədiyi ilə əlaqədar sualı cavablandırarkən deyib.

O əlavə edib ki, yanacaqla bağlı hadisələrin sonrakı gedişatı artıq özəl ixracatçılar və idxalçılar arasında əməkdaşlıq çərçivəsində mümkün əməliyyatların şərtləri bazar qaydaları əsasında olacaq.

Mürtəza

Избранный
15
1
olke.az

2Источники